Mobil versiya
Azərbaycanda saxlanılan erməni diversantdan xəbər var
Tarix: 3-07-2017, 11:24 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Azərbaycanda saxlanılan erməni diversantdan xəbər var



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri iyulun 1-də bir müddət əvvəl Azərbaycanının səlahiyyətli orqanları tərəfindən saxlanılan Ermənistan vətəndaşına baş çəkib.

AİA.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə BQXK-nin standart proseduralarına uyğun həyata keçirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 20-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.

AİA.az



5663 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930