Mobil versiya
Sahibsiz it qadına hücum etdi
Tarix: 01-07-2017 | Saat: 12:39
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Sahibsiz it qadına hücum etdi




Şəkidə əkin sahəsindən evə qayıdan 34 yaşlı qadını it dişləyib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, iyunun 30-u saat 23 radələrində rayonun Baltalı kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Nazim qızı Cəfərova hər iki qolunun it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Həqiqət Cəfərova əkin sahəsindən evə qayıdan zaman sahibsiz itin hücumuna məruz qalıb.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.(apa)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024