Mobil versiya
Ata, oğul və qızı narkotikə görə tutuldular: "Çox peşmanıq" - YENİLƏNİB
Tarix: 30-06-2017 | Saat: 16:35
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ata, oğul və qızı narkotikə görə tutuldular: "Çox peşmanıq" - YENİLƏNİB



15:28

Ailə üzvləri iş başında tutuldular

AİA.Az ARB TV-yə istinadla xəbər verir ki, Balakənin Gərəkli kənd sakinləri, 29 yaşlı Elvin Umayev, atası 55 yaşlı Əli Umayev və onun qızı 32 yaşlı Pirdas Umayeva şübhəli şəxs qismində saxlanılıb. Onlardan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.

Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Dünən isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədilə Qaxa gətirib. Çətənə kollarına qulluq edərkən polis əməkdaşları onları iş başında yaxalayıblar. Elvin Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Əli Umayev (saxlanılan şəxs): "Mən maşınla gətirmişdim, özü əkmişdi. Dünən də qızımı kömək üçün gətirmişdim, polislər tutdu bizi. Çox peşmanam".

Pirdas Umayeva (saxlanılan şəxs): "10-15 gün olar xəbərim olub. Çox peşmanam".

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

-----------

29.06.2017

14:30

Qaxda narkotik tərkibli bitkiləri əkib becərən ailə üzvləri saxlanılıb.

AİA.Az report-a istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər.

Keçirilmiş tədbir zamanı Balakən rayonun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev, atası 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.

Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib. Ötən gün isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədi ilə Qaxa gətirib. Polis əməkdaşları onları narkotik bitkilərə qulluq edərkən saxlayıblar.

Qeyd edək ki, E.Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024