Mobil versiya
Ordunun 100 illiyi ilə bağlı yubiley medalı təsis edildi
Tarix: 30-06-2017 | Saat: 15:42
Bölmə:Gündəm / Manşet | çapa göndər

Ordunun 100 illiyi ilə bağlı yubiley medalı təsis edildi



Milli Məclisin iclasında Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar "1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında” qanuna edilən əlavəyə baxılıb.

Qanunun 2-ci maddəsinə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur.
Qanuna təklif edilən əlavə sənədinə görə, yubiley medalına Silahlı Qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024