Mobil versiya
Bakıda qızını yatdığı yerdə vəhşicəsinə öldürən ataya AĞIR CƏZA
Tarix: 30-06-2017, 12:47 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda qızını yatdığı yerdə vəhşicəsinə öldürən ataya AĞIR CƏZA




15 yaşlı qızını yatdığı yerdə qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə davam edib.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Temalla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, bu iş üzrə psixi ekspertiza təyin olunduğu üçün işin icraatı dayandırılmışdı: "Onun barəsində yenidən ekspertiza aparılıb və onun qızını öldürdüyü zaman anlaqlı vəziyyətdə olduğu ilə bağlı rəy verilib".

Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısı Sabir Abdinova verilib. Prokuror çıxışında Nəsib Cabbarovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə daha yüngül cəza verilməsini istəyib.

Nəsib Cabbarov isə son sözündə işinə düzgün baxılmadığını və yenidən istintaq aparılmalı olduğunu deyib.

Hakimlər kollegiyası müşavirəyə gedib. Hökmə əsasən, Nəsib Cabbarov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, məhkəmədə ifadə verən Nəsib Cabbarov qızını niyə öldürdüyünü bilmədiyini və hadisəni xatırlamadığını deyib.

Şahidlər ifadələrində Aprel döyüşləri zamanı Nəsib Cabbarovun yanına qrat düşdüyünü, o gündən psixoloji problemləri olduğunu deyiblər.

Qeyd edək ki, qətl keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanın əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.

Məhkəmə dövründə ifadə verən Nəsib Cabbarov bildirib ki, cəbhə bölgəsində aprel ayında aparılan əməliyyatlar zamanı ermənilər tərəfindən atılan qrat 50 metr yaxınlığına düşüb. Ondan sonra başının pozulduğunu deyən təqsirləndirilən şəxs qızını niyə öldürməsini bilmədiyini deyib: "Qızım əxlaqsız deyildi. Həmişə mənə baxırdı. Onu öldürməyimi xatırlamıram".

Ona Cinayət Məcəlləsi 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və120.2.9 maddəsi ilə ittiham verilib.

AİA.az



5359 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930