Mobil versiya
Çexiya XİN erməni yalanlarını üzə çıxardı
Tarix: 29-06-2017 | Saat: 16:32
Bölmə:Siyasət | çapa göndər

Çexiya XİN erməni yalanlarını üzə çıxardı



Çexiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib.

Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova Trend-ə bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib:

"Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib”.

Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib:

"Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir”.

Bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın Yerevandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə