Mobil versiya
Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır
Tarix: 23-06-2017 | Saat: 11:49
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, avtobuslar Bakı vaxtı ilə saat 18:00 yol düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.

Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər.

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları məsləhət görülür.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə