Mobil versiya
Salyandakı "heyvan bazarı"nda bıçaqlanma
Tarix: 22-06-2017 | Saat: 17:41
Bölmə:Cəmiyyət | çapa göndər

Salyandakı "heyvan bazarı"nda bıçaqlanma



Bu gün Salyan rayonundakı mal-qara satılan bazarda bıçaqlanma hadisəsi baş verib.

AİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, bazara satmağa heyvan gətirmiş Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 26 yaşlı Zeynalov İlqar Məhəmməd oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin heyvanların başının bağlanması üçün yer üstündə baş verdiyi deyilir.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İ.Zeynalovu bıçaqlayaraq hadisə yerindən qaçmış şəxs müəyyənləşdirilib və hazırda onun saxlanılması üçün operativ əməliyyat tədbirləri həyata keçirilir.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş İlqar Zeynalovun vəziyyətinin kafi olduğu deyilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə