Mobil versiya
BQXK erməni kəşfiyyatçı ilə bağlı danışıqlar aparır
Tarix: 22-06-2017 | Saat: 15:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

BQXK erməni kəşfiyyatçı ilə bağlı danışıqlar aparır




Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən gün Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni ilə bağlı tərəflərlə dialoqa başlayıb.

AİA.az-ın məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır:

"Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.

Qeyd edək ki, İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024