Mobil versiya
İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq
Tarix: 21-06-2017 | Saat: 17:17
Bölmə:Gündəm | çapa göndər

İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq



Payızda Bakının ictimai nəqliyyatında sərnişinlər üçün yeni təmassız ödəniş üsulu təqdim ediləcək.

AİA.az xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumata əsasən, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.

Bu kartların balansı “elektron pul kisəsi” vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək.

Yeni kartları “Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024