Mobil versiya
Daşkəsəndə ana və körpəsini öldürən ata tutuldu - YENİLƏNİB
Tarix: 21-06-2017 | Saat: 17:13
Bölmə:Gündəm | çapa göndər

Daşkəsəndə ana və körpəsini öldürən ata tutuldu - YENİLƏNİB



Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

AİA.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.


***


Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.


APA-nın xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024