Mobil versiya
«Sabirabadın korrupsiya dəftəri» - Bu dəftərdə nələr var?
Tarix: 27-06-2015, 11:06 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Seçilənlər-4 | çapa göndər

«Sabirabadın korrupsiya dəftəri» - Bu dəftərdə nələr var?

Bu dəftərə bütün qeydləri rayonun Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşov edir və Sabirabadda həyata keçirilən bütün korrupsiyaları da məhz o, idarə edir

2013-cü ildə maskalı quldurların gecə basqını zaman evindən 1 milyon manat aparıldığı iddia olunan Sabirabad Maliyyə İdarəsinin rəisi Sabirabadın görünməz «sahibi» hesab olunur.

Bu gün bəzi maliyyə idarələrinin rəisləri 10 ildən artıqdır ki, vəzifə başındadırlar. Onlar kreslodan əl çəkmək niyyətində deyillər. Nazirliyin yerlərdəki idarələrində mövcud olan nöqsanlar, məmur özbaşınalığı və büdcədən maliyyələşən təşkilatların həyata keçirdiyi korrupsiyaları idarə etməklə yanaşı, həmçinin bu həyata keçirilən yoxlamalar zamanın nazirliyin əməkdaşları bir qayda olaraq bu korrupsiyaları ört-basdır etməklə məşğul olurlar. Və heç kimə sirr deyilki, bu gün hər bir büdcə təşkilatında normal audit aparılsa, o zaman külli miqdarda mənimsəmə halları aşkarlanar. Yəni faktiki olaraq bu gün Maliyyə Nazirliyinin audit idarəsi bütün səviyyələrdə korrupsiyanın üstünü ört-basdır etmək üçün fəaliyyət göstərir.

Üzülərək vurğulamaq istəyirik ki, nazirlik yetkililəri mətbuatda yazılanlara lazımi şəkildə reaksiya vermir. Bundan arxayın düşən rayon idarə rəisləri isə qeyri-qanuni əməllərini rahat şəkildə davam etdirirlər.

Sabirabad rayon Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşovun fəaliyyəti də əsasən belə məqamlarla varlıdır. Bu barədə AzMedia.info saytını məlumatlandıran rayondakı mənbənin bildirdiyinə görə idarə rəisinin yaşadığı evə 2013-cü ildə silahlı basqın təşkil edilib. Hadisə mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində qeydə alınıb. Gecə saatlarında Maliyyə İdarəsi rəisinin evinə hücum edən qara maskalı şəxslər evə daxil olaraq Hüseynağa Gülüşovun və onun ailə üzvlərinin əl-qolunu bağlayıblar. Daha sonra idarə rəisini möhkəm döyüblər və evdən külli miqdarda pul, qızıl-zinət əşyaları aparıblar. Həmin vaxt Sabirabad rayon Polis İdarəsindən isə bildiriblər ki, idarədə bu barədə heç bir məlumat yoxdur və onlara hər hansı basqınla bağlı şikayət daxil olmayıb. Sonradan evə basqın edən şəxslərin 1 milyon manat aparmaları xəbəri yayılıb, amma xəbər yenə də rəsmi dairələr tərəfindən təsdiqlənməyib.

Məlum hadisə unudulandan sonra idarə rəisi daha çox işində yol verdiyi nöqsanlarla gündəmə gəlməyə başlayıb. Maraqlı məqam ondan ibarətdir ki, rəislə bağlı nə qədər tənqidlər yazılsa da, Maliyyə Nazirliyinin rəsmiləri münasibət bildirmirlər. Redaksiyamıza daxil olan son məlumatlara görə, dövlət büdcəsindən Sabirabad rayonunun sosial-iqtisadi inkişafı, eləcə də digər istiqamətlər üçün ayrılmış vəsaitlərin xərclənməsinə dair sənədlər şişirdilir. Bu barədə mənbə saytımıza aşağıdakıları söyləyib:

«Rayon icra hakimiyyətinə və yerli büdcə qurumlarına ayrılan vəsaitlərin istiqaməti üzrə xərclənməməsi maliyyə idarəsinin rəisi ilə bağlıdır. O özünə yaxın olan idarə və təşkilatların vasitəsi ilə hər il dövlətin yüzmin manatlarla vəsaitini mənimsəyir. Yerdə qalan digər idarələrdə isə yerli-yersiz yoxlamalar təşkil edərək idarə, təşkilat və müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün maliyyə idarəsinin rəisinin «payını» hər ay çatdırırlar. Bəzi yerli qurumlarda lüzumsuz ştatlar çoxdur. Heç bir işə yaramayan ştatlara görə dövlətdən hər ay külli miqdarda vəsait ayrılır. Şişirdilmiş ştatlar hesabına isə dövğət büdcəsinə hər il külli miqdarda ziyan vurulur. Həmin şişirdilmiş şatalarda «çalışanları» isə ancaq idarə və təşkilat rəhbərləri «tanıyırlar» və buna görə hər ay Hüseynağa Gülüşova «haqq» verirlər . Sabirabadda əməkhaqqı alanlardan isə əlavə olaraq bir neçə adda müxtəlif faizlərlə tutulmalar aparılır. Halbuki gəlir vergisi və pensiya fondundan başqa hamısı qanunsuzdur. Kimsə hansısa dövlət üçün əhəmiyyətsiz bir cəmiyyət yaradıb maliyyə idarəsinə məktub göndərsə ki, pul köçürmək və ya əməkhaqqı alanlardan pul tutmaq lazımdır, həmin vaxt maliyyə rəisi etirazsız buna müsbət rəy verir. Bunu rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkhaqqı cədvəli tam sübuta yetirir. Hüseynağa Gülüşov elektron imzalardan da böyük gəlir götürür. Bununla yanaşı, hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində qüvvədə olan qanunlarımızın bir çox maddələri kobud şəkildə pozulur».

Mənbə həmçinin onu da bildirdi ki, Hüseynağa Gülüşovun dəftərində rayonda aparılan bütün korrupsiya fəaliyyətləri bütün detalları ilə yazılıb. Belə ki, İdarə müdiri kimdən nə qədər aldığını, kimə nə qədər verdiyini bu dəftərində qəpiyinə qədər yazır. Ona görə də, bəzi idarə müdirləri özaralarında Hüseynağa Gülüşovun dətərini «Sabirabadın korrupsiya dəftəri» adlandırırlar.

Qeyd edək ki, Sabirabad rayonunda baş verən ciddi korrupsiya faktları ilə bağlı növbəi yazılarımızda ətraflı məlumat verəcəyik. (azmedia.info)



5752 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031