Mobil versiya
Rayonlara güclü leysan yağıb - Faktiki hava şəraiti
Tarix: 21-06-2017 | Saat: 12:50
Bölmə:Gündəm / Manşet | çapa göndər

Rayonlara güclü leysan yağıb - Faktiki hava şəraiti


İyunun 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib.
Yağan leysan yağış nəticəsində çaylarda sululuq artıb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 4-36, Qazax-Gəncə zonasında 1-30, Mərkəzi-Aran rayonlarında 11-20, Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1 mm təşkil edib, Sumqayıtda da yağış müşahidə olunub.

Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri, Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb.

Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Qazıməmməd, Tərtər, Gəncə, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir güclənib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024