Mobil versiya
“Çingizə 100 min, Cəfərə də 300 min verdik” - Çovdarov
Tarix: 20-06-2017, 15:38 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

“Çingizə 100 min, Cəfərə də 300 min verdik” - Çovdarov



Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov "8-ci kilometr" bazarı epizodu üzrə ifadə verib: "Bizə şikayət daxil oldu, araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Ardıyca da Cəfəri çağırdıq, dedi bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Dedim yaxşı. Qonşu otaqda da Çingiz Əsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb gedib tualetdə təmizlədi. Sonra Çingiz hər şeyi onun üzünə dedi.

Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin. Rəhbərliyə məruzə etdim, onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdik. Bazar alınan gündən bəri hər ay Çingizə 5 min pul verilib.

Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın, Fərhad və Rafiq Əliyev qardaşları ilə Səfərov qardaşlarının əməllərini ifşa etdiyimiz üçün bizə də ən azı təşəkkür və ya medal verilərdi. Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik.

2006-cı ildən Cəfərin adından şikayət ərizələri gəlməyə başladı. Çağırıb soruşduq ki, nə məsələdi, Cəfər dedi hər şeyi atamla qardaşlarım mənim adımdan yazır, nəzərə almayın. Sonra bizə məlum oldu ki, bu ərizələri o vaxt MTN-də işləyən bir yoldaş yazdırıb. Salman Səfərovla Çingiz Əsədov arasında telefon danışığında o ad dəfələrlə çəkilib, cinayət işi materiallarında var, mən ad çəkməyəcəyəm.

İttihamda yazılıb ki, bazarın qiyməti 5 milyon dollar olib, biz 450 min dollara hansısa yollarla almışıq. O vaxt bu qiymətə əmlak yox idi. 2005-ci ildə kürəkənim 5 otaqlı evi 17 min dollara aldı. Bazar alınanda orda tikili yox idi, konteynerlərdən ibarət idi".
Prokuror Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: "Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsizsə, siz edin".

Zərərçəkən C.Səfərov deyib ki, Çovdarov yalan danışır.
Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.


AİA.az



5414 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031