Mobil versiya
"Biz bunu alqışlaya bilərik" - Məleykə Abbaszadə
Tarix: 19-06-2017 | Saat: 16:51
Bölmə:Təhsil / Manşet | çapa göndər

"Biz bunu alqışlaya bilərik" - Məleykə Abbaszadə



"Ali və orta ixtisas məktəblərinə may ayında əlavə olaraq aparılan sənəd qəbulu zamanı 5000-dən çox abituriyent yenidən sənəd verib".

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib ki, bu il ümumilikdə 90 min abituriyent qəbul prosesində iştirak edir. Onların bir qismi I-IV, digər qismi isə V qrupa və kolleclərə sənəd verib:

"Bu rəqəmlər ötən illə demək olar ki, eyni həddədir. Nəzərə almaq lazımdır ki, bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb. Hər il abituriyentlərin əsas kontingenti cari ilin məzunları təşkil edir. Bu il I-IV qrupda iştirak edənlərin 70 faizi bu ilin, qalanlar isə əvvəlki illərin məzunlarıdır".

M.Abbaszadə yaz qəbul imtahanlarında 680-dən çox bal toplayanların yay imtahanlarında yenidən iştirakına münasibət bildirərək qeyd edib ki, bu, onların ikinci şansıdır və onlar bu şanslarından istifadə edə bilərlər:

"Onlar qarşılarına 700 bal toplamağı hədəf qoyublarsa, biz bunu sadəcə alqışlaya bilərik".

M.Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında nəticəsi ləğv olunanlara əlavə şans verilmir:

"Köçürməyə cəhd edənlərin nəticələri ləğv olunur. Buraxılış imtahanlarının nəticələrinin ləğv olunması o deməkdir ki, həmin məzunun attestat almaq məsələsi də sual altına düşür. Ancaq əvvəldən də xəbərdarlıq edilmişdi ki, imtahanlara nə əlavə vəsaitlə gəlmək, nə də köçürmək olmaz. Təbii ki, nəticəsi ləğv olunanlara əlavə şans verilmir. Belə şans verilsə, onlar hesab edərlər ki, mən yenə də qanunu pozum, bu dəfə aşkarlansa da, gələn dəfə aşkarlanmayacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024