Mobil versiya
Keçmiş deputat yol polisinin qanunsuzluğunu ictimailəşdirdi
Tarix: 16-06-2017 | Saat: 16:02
Bölmə:Gündəm | çapa göndər

Keçmiş deputat yol polisinin qanunsuzluğunu ictimailəşdirdi


Keçmiş deputat Xeyrəddin Qoca yol polisinin qızına qarşı etdiyi haqsızlığı ictimailəşdirib.

Modern.az xəbər verir ki, X.Qoca sosial şəbəkədə bildirib ki, qızının hüquqlarını pozan yol polisi zabiti müvafiq instansiyalara şikayətdən sonra onlardan üzr istəyib:

“Qızım maşını ilə yol qaydasını pozduğu üçün Yasamal rayonunda polis əməkdaşları onu saxlayıb və maşının texniki pasportunu və sürücülük vəsiqəsini alıblar ki, “maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq”.

Qızım müfəttişlərə bildirib ki, "elə indi işdən icazə almışam (iş yerində təsdiq edə bilərlər), cəriməni ödəməyə gedirəm, çünki bir neçə dəfə poçta getmişəm, hələ kompüterə salmadıqlarını bildiriblər".

Müfəttişlər deyiblər ki, "get, Yasamal Polis İdarəsində ödə! Sənədlərini də oradan götürərsən!". Qızım məcbur olub ora gedib, qapısında "E.Seyidov" yazılmış polis kapitanı qızıma deyib: "Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim".
Beləliklə, E.Seyidov qızımdan 100 manat rüşvət alıb. Əlbəttə, mən Polis İdarəsinin rəhbərliyini telefonla axtardım, cavab verən olmadı. Sonra daxili işlər nazirinin əlaqədar müvininə zəng vurdum, məşğul olduğu üçün danışa bilmədim. İndi bu Emil Seyidovdan soruşuram: Sən 100 manata məhkəmədə nə iş görəcəksən? Və sən polis orqanında işləyə-işləyə bilmirsən ki, bir ucdan hamıdan rüşvət almaq olmaz? Bu yazını əllərim əsə-əsə, yüksək təzyiqim ola-ola yazdım! Bu quldurluq nə vaxt bitəcək?”.

X.Qoca bir qədər əvvəl yazdığı statusda yol polisi zabitinin 100 manatı geri qaytardığını qeyd edib:

“Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov 100 manatı bu gün geri qaytardı...”.
Keçmiş deputat həmin zabitin ağlaya-ağlaya onun yanına üzrxahlığa gəldiyini bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024