Mobil versiya
“Əfqan Muxtarlı ilə bağlı qətnamə hüquqi qüvvəyə malik deyil” - XİN
Tarix: 16-06-2017 | Saat: 12:19
Bölmə:Siyasət / Manşet | çapa göndər

“Əfqan Muxtarlı ilə bağlı qətnamə hüquqi qüvvəyə malik deyil” - XİN



Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

AİA.az xəbər verir ki, XİN rəsmisi AzərTAc-a açıqlamasında qətnamənin qərəzli olduğunu bildirib:

-2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.

Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024