Mobil versiya
Ərdoğan ABŞ-a etiraz etdi: "Bu nə qanundur?"
Tarix: 16-06-2017 | Saat: 10:39
Bölmə:Siyasət / Manşet | çapa göndər

Ərdoğan ABŞ-a etiraz etdi: "Bu nə qanundur?"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyəti tərəfindən mühafizəçilərinin həbsinə order verilməsi barədə qərara kəskin etiraz edib.

AİA.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Ankara həbs orderlərinin verilməsinə qarşı siyasi və hüquqi metodlarla mübarizə aparacaq.

"Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri dayandığım yerdən 40-50 metr aralıda etiraz aksiyası təşkil etdilər. Amma Amerika polisi heç nə etmədi. Əgər Türkiyədə belə bir hadisə olsaydı, siz təsəvvür edə bilərsiniz, nə olardı? Dünən bizim iki vətəndaşımızı həbs etdilər, mənim 12 mühafizəçim haqda həbs qərarı çıxardılar. Bu nə qanundur? Əgər mənim mühafizəm mən qorumayacaqsa, onda niyə mən onu Amerikaya aparıram?" — Ankarada prezident sarayında çıxış edərkən Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, Ankara ABŞ hakimiyyətinin qərarına qarşı "siyasi və hüquqi metodlarla" mübarizə aparacaq.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024