Mobil versiya
"Qarabağda müharibə riski artır"
Tarix: 15-06-2017 | Saat: 12:52
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Qarabağda müharibə riski artır"




"NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bölgəyə səfəri zamanı maraqlı açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil. Ceyms Appaturay bildirib ki, "soyuq müharibə" dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi: "Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz". Lakin Ceyms Appaturayın Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı ABŞ-la SSRİ arasındakı qarşıdurmaya bənzətməsi mübahisə doğurur".


Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ekspert bənzətmənin qüsurlarını belə açıqlayıb:

"Birincisi, ABŞ və SSRİ nüvə dövlətləri idi və bu iki dövlət arasında müharibənin başlamamasına bu faktor təsir edirdi. Nüvə silahı hər iki dövləti müharibədən sığortalayırdı.
İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və münaqişə davam edir. Amma nə SSRİ ABŞ ərazisini, nə də ABŞ SSRİ ərazisini işğal etmişdi.

Üçüncüsü, nüvə faktoruna baxmayaraq, ABŞ və SSRİ bir neçə dəfə müharibə riski ilə üz-üzə qaldı. Sovet və Amerika tankları Berlində üz-üzə gəldi, daha sonra Karib böhranı yaşandı və iki dövlət müharibənin bir addımlığında idi".


NATO rəsmisinin fikirlərinin əksinə olaraq politoloq hesab edir ki, bölgədə müharibə ehtimalı böyükdür: "Azərbaycan və Ermənistan sürətlə silahlanırlar. Azərbaycanın maliyyə imkanları silah və hərbi texnikaya milyardlarla dollar xərcləməyə imkan verir. 2000-ci ilə qədər bölgədə atəşkəsə riayət olunurdu. İndi isə vəziyyət tam fərqlidir. Hər iki dövlət xeyli silahlanıb, bu faktor da cəbhə bölgəsindəki gərginliyi və müharibə riskini artırır".


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024