Mobil versiya
Bayram Kürdəxanılı həbsdən azad edildi
Tarix: 14-06-2017, 19:05 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bayram Kürdəxanılı həbsdən azad edildi


Tanınmış meyxanaçı Bayram Kürdəxanılı azadlığa çıxıb.

AİA.az lent.az-a istinadən xəbər verir ki, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanılı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Azadlığa çıxan meyxanaçı Bayram Kürdəxanılı təəssüratlarını belə bölüşüb: "Məni buraxdılar, dedilər ki, günahkar deyilsən. Sağ olsunlar ki, məni azadlığa buraxdılar.

Dedilər ki, sən azad olmalısan. Mən narkotik qəbul etməmişəm. Sadəcə qərar qəbul olunmuşdu ki, belə olmalıdır".

Meyxanaçı azadlığa çıxması münasibətilə onu təbrik edən həmkarlarına da minnətdarlığını bildirib: "Mənə diqqət göstərən həmkarlarıma da çox sağ ol deyirəm. Görüşümə gəlməsələr də, qardaşımla əlaqə saxlayıblar. Azadlığa çıxandan sonra isə görüşümə gəlmişdilər".

AİA.az



5351 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930