Mobil versiya
Vergilər Nazirliyinin şöbə rəisi işdən qovuldu
Tarix: 19-10-2015, 18:19 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Vergilər Nazirliyinin şöbə rəisi işdən qovuldu
Nöqsanlar aşkar edilib.

Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Babayev Ramil Məhyəddin oğlu öz vəzifə funksiyalarının icrası zamanı bir sıra ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.
Vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı aparılmış təhlillər və daxili nəzarət tədbirləri nəticəsində R.Babayevin məsuliyyət dairəsinə aid olan ərazidə vergi ödəyiciləri ilə işlərin düzgün qurulmadığı, mövcud qaydaların tələblərinə zidd olaraq, onun tərəfindən bəzi hallarda yoxlama materiallarının araşdırılmasında vergi ödəyicilərinin iştirakının təmin edilmədiyi, yoxlama materialları əsasında çıxarılmış qərarların və tələbnamələrin vergi ödəyicilərinə göndərilmədiyi, qanunsuz idman mərc oyunlarının keçirilməsinə, müvafiq icra hakimiyyəti orqanından lisenziya almadan alkoqollu içkilərin satılmasına və aksiz markası ilə markalanmadan tütün məmulatlarının satılmasına, habelə vergi orqanlarında uçota alınmadan və nəzarət-kassa aparatı quraşdırmadan fəaliyyət göstərən vergi ödəyicilərinə qarşı qanunamüvafiq tədbirlər görülmədiyi aşkar edilib.

R.Babayev yol verdiyi nöqsanları etiraf etsə də, son bir neçə ay ərzində onun barəsində analoji nöqsanlara görə töhmət və sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət intizam tənbehi tədbirləri görüldüyü nəzərə alınaraq, vergilər nazirinin 16 oktyabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən Babayev Ramil Məhyəddin oğlunun vergi orqanlarında xidmətinə xitam verilib.



5601 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
20-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031