Mobil versiya
"Son zəng"i qəbiristanlıqda keçirən məzunlar
Tarix: 14-06-2017, 17:28 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Son zəng"i qəbiristanlıqda keçirən məzunlar



Bakının Biləcəri qəsəbəsində yerləşən Laçın rayonu 45 saylı orta məktəbdə bu gün “Son zəng” çalınmayıb. Heç məzunlra da buna cəhd göstərməyiblər.

AİA.az saytı “Türküstan”a istinadən xəbər verir ki, buna “Son zəng”ə bir neçə gün qalmış 11-ci sinif şagirdi İsmayıl Quliyevin dünyasını dəyişməsi səbəb olub. Müəllimləri və sinif yoldaşları dünənə kimi aktiv şagird kimi tanıdıqları İsmayılı “Son zəng” günündə onun məzarı ətrafında yad ediblər…


Sinif rəhbəri Xəyalə Əsədova şagirdinin dərslərdə fəal iştirak etdiyini vurğulayıb. “Baxmayaraq son bir ildə xəstəlik üzə çıxmışdı, amma ürəyi məktəblə döyünürdü . Məkətəbə çox bağlı bir yeniyetmə idi. Dostları arasında hörməti olan şagirdlərimizdən idi…”.
İsmayıl xərçəng xəstəliyinə yoluxmuşdu. Oxumaq arzusu isə böyük idi. Əslən Laçın rayonundan olan İsmayıl el-obasını müəllimləri və valideyinləri qədər sevirdi və hər zaman Qarabağla bağlı tədbirlərdə aktivlik göstərirdi. İşğal altındakı torpaqları azad görmək hər kəs kimi, onun da böyük arzusu idi…
Çox təəssüf ki, əcəl onu cavan yaşında yaxaladı. İsmayıl 2 iyun tarixində axşam iftar vaxtında dünyasını dəyişib. Sinif yoldaşları, məktəbin direktoru Şakir Əhmədov və müəllim kollektivi “Son zəng” günü onun məzarına yığışdılar. Bütün tədbirləri ləğv edib İsmayılı andılar.

Şakir Əhmədov şagirdinin bu vaxtsız ölümündən sarsıldığını qeyd etdi. Sinif rəhbəri Təranə müəllimə İsmayılın ölümünün məktəb üçün ağır zərbə olduğunu və heç vaxt onu unutmayacaqlarını vurğuladı.
İsmayıl Quliyev II qrupun imtahanlarına hazırlaşırdı. Allah rəhmət eləsin...

AİA.az



5706 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30