Mobil versiya
Nərəcinsli balıq ovuna qadağa yenidən gündəmə gətiriləcək
Tarix: 14-06-2017, 10:55 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Nərəcinsli balıq ovuna qadağa yenidən gündəmə gətiriləcək

Xəzər dənizində nərəcinsli balıqların kommersiya (sənaye) ovuna qadağanın (moratoriumun) qoyulması məsələsi bu il yenidən gündəmə gətiriləcək.
AİA.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələr yaxın illər ərzində nərəcinsli balıqların kommersiya ovuna moratorium qoymaq niyyətindədirlər.
M.Axundov qeyd edib ki, moratoriumun qoyulması, onun icra mexanizminin hazırlanması məsələsi Xəzəryanı ölkələrin imzaladığı sazişə əsasən, dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasının Azəbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci sessiyasında müzakirə ediləcək. Noyabrda keçirilməsi planlaşdırılan iclasda Xəzərin Su Bioresursları Komissiyasında təmsil olunan ölkələrin hökumət nümayəndələri iştirak edəcəklər.

M.Axundov deyib ki, Xəzərdə nərəcinsli balıqlara moratoriumun qoyulması təklifini ilk dəfə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev irəli sürüb. 2014-cü ilin sentyabr ayında Rusiyanının Həştərxan şəhrində keçirilən Xəzəryanı ölkələrin Dövlət Başçılarının IV Zirvə Görüşündə qəbul olunan protokolda Xəzəryanı ölkələrin hökumətlərinə Xəzər Dənizi Su Biloloji Resurları Komissiyasının təsnifatlaşdırıcı statusdan hökumətlərarası statusuna qaldırılması barədə sazişin razılaşdırılması tapşırılıb. 2016-cı ilin ortlalarında bu sazişə bütün Xəzəryanı ölkələr qoşulublar: "Bu ilin payızında həmin komissiyanın dövlətlərarası statusla 1-ci iclası keçiriləcək. Nəticə olaraq, nərə balığı növlərinin kommersiya ovuna moratoriumun qoyulması haqqında saziş layihəsi imzalanmaq üçün Xəzəryanı ölkələrin hökumətlərinə təqdim oluna bilər. Artıq Xəzəryanı ölkələr nərəcinsli balıqların ovuna moratoriumun qoyulmasının reallaşmasına yaxınlaşırlar".
İnstitut direktoru qeyd edib ki, ümumilikdə 2011-ci ildən başlayaraq, Xəzəryanı ölkələrin hamısı nərəcinli balıqların sənaye ovuna texniki moratorium tətbiq edir: "Bu, o deməkdir ki, dövlətlərarası saziş olmasa da, biz bir-birimizə bu balıqları ovlamamaq barəsində söz vermişik. Bu balıqlar yalnız balıqartırma məqsədləri, qismən, yəni çox kiçik həcmdə də elmi-tədiqat məqsədləri üçün ovlana bilər. Amma moratoriumun tətbiqi barədə qərar qəbul oldunqudan sonra bu, artıq başqa - dövlətlərarası status səviyyəsində həyata keçiriləcək".

M.Axundov qeyd edib ki, moratoriumun tətbiqi üçün 5 Xəzəyanı ölkənin hökumətləri birgə qərar verə bilərlər. Bu, isə dövlətlərarası saziş əsasında mümkün ola bilər.

AİA.az



54 460 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930