Mobil versiya
Oruc tutanlar yuxusuzluğu necə aradan qaldıra bilər?
Tarix: 12-06-2017 | Saat: 18:21
Bölmə:Media | çapa göndər

Oruc tutanlar yuxusuzluğu necə aradan qaldıra bilər?


Bu gün Ramazan ayının 17-ci günüdür.

Orucluq ayında imsaq vaxtı gecə saatlarında olduğu üçün yuxu saatları bölünmüş olur.
Bu baxımdan paklıq ayında əksər insanlar aclıq və susuzluqla paralel olaraq, yuxusuzluqdan da əziyyət çəkir.

Modern.az Ramazan ayında yuxusuzluqdan əziyyət çəkənlər üçün maraqlı araşdırma aparıb.

Normal yuxu müddəti 6-8 saat olaraq bilinir. Bu səbəblə Ramazan ayında yuxusuz qalmamaq üçün həmişəki vaxtdan daha erkən yatmaq məsləhət görülür. Çünki imsaq vaxtına qədər yuxu ehtiyacının bir hissəsini ödəmək vacibdir.

Yatmamışdan qabaq telefon, internet və televizor kimi radiasiya mənbəyi olan texnologiya vasitələrindən uzaq durmaq lazımdır.

İmsaq yeməyindən dərhal sonra yatmaq olmaz. Əks halda bu keyfiyyətsiz yuxu olacaq.
Bu ayda yağlı yeməklərdən aralı olmaq məqsədəuyğundur. Çünki bu çeşid yeməklər, yuxunu ağırlaşdırır.
İftar və imsaq vaxtlarından sonra tünd çay və ya qəhvə içmək məsləhət görülmür.
Hər gün işləyən insanlar, günorta yeməyi fasiləsində 10-15 dəqiqə gözlərini dincəldə bilər.

Xüsusilə kompüterlə işləyənlər hər 20 dəqiqədən bir uzaq bir nöqtəyə 20 saniyəlik köklənməlidir. Eyni zamanda kompüterlə işləyərkən tez-tez gözləri qırpmaq lazımdır. Belə olan təqdirdə göz içərisində olan nəmlilik qorunmuş olur.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024