Mobil versiya
Amaliya Pənahovadan küsülü olduğu həmkarlarına barışıq addımı
Tarix: 12-06-2017 | Saat: 17:57
Bölmə:Dünya | çapa göndər

Amaliya Pənahovadan küsülü olduğu həmkarlarına barışıq addımı

Xalq artisti Amaliya Pənahova qalmaqal yaşadığı həmkarı Leyla Şıxlinskaya və aktrisa Məlahət Abbasovadan danışıb.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, A.Pənahova "10-dan sonra" verilişində bildirib ki, onlarla aralarında heç bir inciklik yoxdur:

"Ara söhbətlərini eşitmək və qoşulmaq istəmirəm. Məni Məlahət Abbasova və Leyla Şıxlinskaya ilə söz-söhbətə qatmışdılar. Məlahət Abbasovaya hər zaman hörmətim olub. Bu yaxınlarda onu təbrik də etdim. O, Türkiyədə teatr sahibəsidir. Niyə sənətkarları dalaşdırırlar? Niyə gənclərə örnək olmayaq? Mən qalmaqallara dəstək ola bilmərəm".

A.Pənahova səhnəyə çıxarkən başına gələn hadisədən söz açıb:

"Sabit Rəhmanın "Nişanlı qız" tamaşasının premyerası günü başıma qəribə hadisə gəldi. Səhnəyə çıxmağıma 4 saat qalmış qaynar şorba qazanı töküldü və ayağım yandı. Dedilər, xəstəxanaya getmək olmaz, qalmalısan. Müasir tamaşa idi, hündürdaban belə geyinməliydim. Heç nəyi təxirə sala bilmədim. Səhnədə rəqs də etdim, mahnı da oxudum. Yaydılar ki, Amaliya ölüb. Bunları dırnaqarası dostlarım yaymışdı".

Qeyd edək ki, M.Abbasova aktrisaların plastik əməliyyat etdirməsini qınamışdı. A.Pənahova isə onu tənqid edərək, "Yəqin pulu yoxdur plastik əməliyyat etdirsin. onun özünə əl gəzdirməyə ehtiyacı var" demişdi. Aktrisalar arasında qalmaqala bu söz-söhbətlər səbəb olmuşdu.

L.Şıxlinskaya verilişlərin birində A.Pənahovanın danışıq tərzini ələ salmışdı. A.Pənahova isə onu sənətkar hesab etmədiyini söyləmişdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024