Mobil versiya
Şeyxin idarəsi niyə susur?
Tarix: 12-06-2017, 12:09 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Şeyxin idarəsi niyə susur?


Azərbaycanda “seyidlik vəsiqəsi”nin verilməsi ilə bağlı məsələ son günlər geniş müzakirələrə səbəb olub. İnternetdə yayılan fotodan aydın görünür ki, QMİ-nin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov tərəfindən Elnur Tağıyev adlı şəxsə “seyidlik vəsiqəsi” verilb və bunu öz imzası ilə təsdiqləyib.

Bu vəsiqənin hansı məqsədlər üçün istifadə ediləcəyi məlum olmasa da, QMİ-ni təmsil edən din xadiminin bu addımı hiddət doğurub.

AzVision.az-ın əməkdaşı məsələ ilə bağlı QMİ-dən münasibət öyrənməyə çalışıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya dəfələrlə cəhd etsək də, zənglərimizə cavab verməyib.

QMi-nin sədr müavini Hacı Fuad Nurullayev isə bu haqda danışmaq istəmədiyini bildirib.

“Bu barədə açıqlama verə bilmərəm. Suallarınızı mətbuat xidmətinə yönəldin. Əgər onunla danışa bilmirsinizsə, bu artıq mənim problemim deyil”-deyə F.Nurullayev əməkdaşımıza deyib.

QMİ-nin əlaqə saxladığımız digər nümayəndələri də bu məsələyə toxunmaq istəmədiklərini, bunun üçün rəhbəlikdən icazə almalı olduqlarını deyiblər.

QMİ-nin məsələyə belə biganə yanaşması başadüşülən deyil.

AİA.az

Şeyxin idarəsi niyə susur?



5446 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031