Mobil versiya
"Suyun içində üzürük" - Leysan ciddi fəsadlar törətdi
Tarix: 09-06-2017 | Saat: 18:24
Bölmə:Cəmiyyət | çapa göndər

"Suyun içində üzürük" - Leysan ciddi fəsadlar törətdi


Gecə saatlarında yağan güclü leysan yağışları Şamaxı sakinlərinə çətin anlar yaşadıb.

AİA.Az ARB TV-yə istinadla xəbər verir ki, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Magistral yolları su basıb, sel suları iri çay daşlarını yuyaraq magistral yola töküb, nəticədə sürücülərin gediş-gəlişi çətinləşib. Şamaxının Kür-Araz qəsəbəsində yaşayan Qurbanov Novruza məxsus evi də su basıb. Həyətin hasarı uçub, əkilən bostan bitkilərini isə sel yuyub aparıb. Qurbanov Novruzun dediyinə görə, hər dəfə güclü yağış yağanda çətinliklə üzləşir. Buna səbəb isə evinin çökəkdə yerləşməsi və kanalizasiya sisteminin olmamasıdır.

Novruz Qurbanov - Sakin: "Bu ikinci dəfədir ki, evimi su basıb. 25 manata şitil almışam. O ştilin biri də yoxdur".

Vəzxanım Şıxəliyeva - Sakin: "Suyun içində üzürük. Əkinim də belə getdi, toyuq-cücəm də belə getdi".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024