Mobil versiya
Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrıldı
Tarix: 09-06-2017 | Saat: 18:21
Bölmə:Gündəm | çapa göndər

Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrıldı



Prezident İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,5 milyon (iki milyon beş yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024