Mobil versiya
Çimərlik mövsümü açılmayıb, amma giriş 30 manatdır
Tarix: 7-06-2017, 18:24 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Çimərlik mövsümü açılmayıb, amma giriş 30 manatdır


Ölkə ərazisində çimərlik mövsümünün iyunun 15-dən sonra açıq elan olunacağı bildirilsə də, hava şəraitinin isti keçməsi səbəbindən indidən dənizə gedənlərə rast gəlmək mümkündür.

AİA.Az bakupost.az-a istinadən xəbər verir ki, Xəzərin sahillərinə üz tutanlar heç də az deyil. Hətta onların arasında çimənlər də var.

Eyni zamanda Bakı Nəqliyyat Agentliyi də 9 marşrutun istiqamətinə dəyişiklik edərək onların yolunu çimərliklərə qədər uzadıb. Məqsəd insanların çimərliklərə gedişini yüksək səviyyədə təmin etməkdir.

Ancaq əksəriyyət dəniz kənarına gəzməyə, çay içməyə gedirlər. Artıq çimərliklər və dəniz qırağındakı kafe-restoranlar da fəaliyyətə başlayıblar.

Məsələn, Mərdəkan çimərliyində günorta və axşam saatlarında insanları görmək mümkündür. Mərdəkanda məşhur "Dalğa Beach" ən bahalı çimərliklərdən biridir. Bura təkcə giriş 30 manatdır. Bu istirahət mərkəzində 7 hovuz yaradılıb.

Bundan başqa, restoran, diskoteka və s. xidmətlər fəaliyyət göstərir. Onun yaxınlığındakı "Delfin" istirahət mərkəzi isə təbii ki, səviyyəsinə görə fərqlənir. Bu çimərlik daha kasıb adamlar üçün nəzərdə tutulub. "Delfin"ə giriş pulsuzdur. Burada müştərilərə bir sadə çaydan çay 5 manata verilir. Hətta özü ilə yemək gətirənlərə, iftar açanlara rast gəlmək olar.

AİA.az



5436 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031