Mobil versiya
Trampdan Qətərlə bağlı AÇIQLAMA
Tarix: 06-06-2017 | Saat: 18:02
Bölmə:Siyasət | çapa göndər

Trampdan Qətərlə bağlı AÇIQLAMA



"Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə etdilər".

AİA.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsi ilə bağlı yaranan böhrana münasibət bildirərkən yazıb.

Bu, ABŞ prezidentinin məsələyə ilk reaksiya olub.

Qeyd edək ki, Qətərlə diplomatik əlaqələri kəsən ölkələr bu ölkə ilə hava əlaqəsini kəsib. Qətər Hava Yolları şirkəti Səudiyyə Ərəbistanı, Misir və Bəhreynə uçuşları ləğv edib. Qətərin Qərb ölkələrinə istiqamət alan təyyarələri İran və Türkiyə üzərində uçur.

Xatırladaq ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri dayandırdıqlarını bəyan edib. Onlar bunu Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıb. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələri dayandırdığını bəyan edib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024