Mobil versiya
Razi Nurullayev sədr seçildi - Fotolar
Tarix: 18-10-2015 | Saat: 16:27
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Təşkilatı Komitəsinin Etimad qurultayı baş tutub

Qurultay Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilib.

“Qafqazinfo”nun qurultayda iştirak edən əməkdaşı xəbər verir ki, çıxış edən Razi Nurullayev bir neçə məsələyə münasibət bildirib:

“Mübarizənin söyüşlə olduğunu anlayanlar bizi iqtidaryönümlü adlandırır. Bilməlidirlər ki, biz tam müxalifik. Sadəcə olaraq söyüş söyməkdənsə, kübar mübarizəni seçmişik. Mən istəyərdim ki, bu gün burada siyasi məhbusların da plakatları olsun. Ancaq hansı mətbəəyə müraciət etdiksə, razı olmadılar. Bizim siyasətimiz qarşılıqlı hörmətdir”.

Daha sonra AXCP-nin sədrliyinə üç nəfərin-Razi Nurullayev, Mehman Muradlı və Səbuhi Əliyevin namizədliyi verilib. Səsvermə nəticəsində Razi Nurullayev 165 səslə AXCP-nin sədri seçilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024