Mobil versiya
Almaniya nüvə silahına sahib olmaq istəyir
Tarix: 05-06-2017 | Saat: 16:12
Bölmə:Media / Aia TV | çapa göndər

Almaniya nüvə silahına sahib olmaq istəyir



Kansler Angela Merkelin partiyası - Xristian Demokratlar Birliyinə (CDU) yaxınlığı ilə tanınan Konrad Adenauer fondu (Adenauer-Stiftung), eləcə də dolayısı ilə federal hökumətə bağlı digər beyin mərkəzləri Almaniyanın Rusiyaya qarşı hərbi cəhətdən daha da dayanıqlı olması üçün nüvə silahına sahib olmasını israrla tələb edirlər.

İlk dəfə bu istək Almaniyanın bir neçə "Think Tank"ı tərəfindən 2016-cı ilin 8-9 iyul tarixlərində səsləndirilib. NATO-nun Varşava zirvə sammiti çərçivəsində baş tutan panel görüşlərinin birində Almaniyanın bir sıra beyin mərkəzləri Rusiya ilə sərhəd zonalarda nüvə silahı arsenalının yerləşdirilməsinin vacibliyi məsələsini ortaya atdılar. Onlar Rusiya ilə mübarizədə Almaniyanın nüvə silahına sahib olmasının vacibliyini hər vəhclə sübut etməyə çalışdılar.

Həmin zirvə görüşündə Xristian Demokratlar Birliyinin (CDU) rəsmi təmsilçiləri yalnız nüvə silahının Rusiya təhdidinin qarşısını ala biləcəyini iddia edirdilər.

Bənzər fikir Almaniya federal hökumətinə bağlı "Təhlükəsizlik üzrə Federal Akademiya" (BAKS) adlı hərbi-siyasi təsisat tərəfindən də irəli sürülür.

"German Foreign Policy" adlı tanınmış başqa bir alman beyin mərkəzi isə məsələyə münasibətdə yazır ki, Konrad Adenauer fondu nüvə silahı fikrini ortaya atmaqla əslində odla oynayır. Çünki bu fikirlər birbaşa Rusiya-NATO konfrantasiyasına aparıb çıxardacaq.

Qeyd edək ki, bəlli tarixi streotiplərdən irəli gələrək Almaniya ictimaiyyətində nüvə silahına sahib olmaqla bağlı fikrin geniş müzakirəsi hələ ki real görünmür. Çünki bu mövzu Almaniyada, ümumiyyətlə, müzakirə olunmayan mövzular sırasına daxildir. Sosial sorğular da göstərir ki, vətəndaşların Almaniyanın nüvə silahına sahib olması ilə bağlı ciddi və birmənalı fikirləri yoxdur

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024