Mobil versiya
Azərbaycanla Kosta Rika arasında siyasi məsləhətləşmə
Tarix: 03-06-2017 | Saat: 12:43
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Kosta Rika arasında siyasi məsləhətləşmə



Xarici işlər naziri Elmar Məmmədyarov iyunun 1-2 də Rosta Rikaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Luis Guillermo Solislə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirləri Manuel Gonzalez Sanz və E.Məmmədyarov geniş tərkibdə görüş keçirib və 16 sentyabr 2002-ci ildə Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”na uyğun olaraq, siyasi məsləhətləşmələr aparıblar.

Siyasi məsləhətləşmələr çərçivəsində nazirlər ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçirdilər və Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluqlarını bildiriblər.

Nazirlər Kosta Rika və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, bu xüsusda Manuel Gonzalez Sanzın 20 oktyabr 2015-ci il tarixində Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırlayıblar.

E.Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirib. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.

Manuel Gonzalez Sanz Kosta Rikanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmasını tam dəstəklədiyini deyib.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildiriblər. Bu xüsusda, Diplomatik Akademiyalararası əməkdaşlıq, tələbə və alim mübadiləsi xüsusilə vurğulanıb.

Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildirdilər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşüb. Daha sonra onlar təmsil etdikləri ölkələrdə Azərbaycan və Kosta Rika haqqında ictimai məlumatlılığın artırılması baxımından ictimai diplomatiya və mədəni tədbirlərin rolunu diqqətə çatdırdılar. Həmçinin bu kimi səylərin turist axınına tövfə verəcəyini bildiriblər.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin inkişafı baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsi barəsində ortaq təşəbbüslə çıxış ediblər.

Tərəflər beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr apararaq, qlobal məsələlərə münasibətdə Azərbaycan və Kosta Rikanın ortaq baxışları bölüşdüyünü və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, regional və qlobal sülhün qorunub-saxlanılması məqsədilə qanunlara əsaslanan beynəlxalq nizamnın gücləndirilməsinə sadiqliyini qeyd ediblər. Mühüm beynəlxalq tədbirlər əsnasında görüşlərini xatırlayan nazirlər, bü xüsuda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və dayanıqlı qarşılıqlı dəstək təcrübəsinin təqdirəlayiq hal olduğunu bildiribər.

Nazirlər "Diplomatik, xidməti və rəsmi pasporta malik şəxslərin vizadan azad edilməsi haqqında Razılaşma”nı imzalayıblar və iki ölkə arasında, xüsusilə iqtisadi və humanitar sahədə müqavilə-hüquq bazasının gücləndirilməsi baxımından səylərin davam etdirilməsi, həmçinin siyasi məsləhətləşmələrin növbəti raundunun Bakıda keçirilməsi haqqında razılığa gəliblər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024