Mobil versiya
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Tarix: 02-06-2017 | Saat: 15:04
Bölmə:Siyasət / Manşet | çapa göndər

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib



İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimizin ikitərəfli geniş potensialları, eləcə də xalqlarımızın tarixi, dini və mədəni ortaqlıqları dövlətlərimizin qarşılıqlı mənafeyinə uyğun olaraq əməkdaşlıq münasibətlərimizin daha da genişləndirilməsi üçün misilsiz imkanlar yaradır.
Bu dəyərli imkanları nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsi istiqamətində böyük addımlar atmaqla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövcud ümidləri doğruldacağıq.

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024