Mobil versiya
İnsult və infarktdan qaçmağın 4 yolu
Tarix: 02-06-2017 | Saat: 15:01
Bölmə:Səhiyyə | çapa göndər

İnsult və infarktdan qaçmağın 4 yolu



Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2012-ci ildə infarkt və insultdan 17,5 mln insan ölüb. İldən ilə bu rəqəmlər yalnız artır.
Mütəxəssislərin müşahidələrinə görə, vaxtından əvvəl infarkt və insultların sayı da dayanmadan artır. Alimlərin fikrinə görə, bu infarkt və insultların 80%-nin qarşısını almaq mümkündür. Bunun üçün yalnız 4 çox sadə qaydaya əməl etmək kifayətdir:

- Düzgün qidalanmaq. Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün insanın qidalanmasında çoxlu meyvə-tərəvəz, tam dənli taxıllar, balıq, paxlalar olmalıdır. Yağsız ət növlərinə üstünlük vermək, duz və şəkəri məhdudlaşdırmaq, emal olunmuş ət (sosis və kolbasa) və marqarindən imtina etmək da çox vacibdir.
- Müntəzəm fiziki aktivlik. İnsult və infarktın profilaktikası üçün insan hər gün ən azı 1 saat ərzində fiziki aktivliklə (bədən tərbiyəsi, üzgüçülük, qaçış və s.) məşğul olmalıdır.
- Siqater çəkməkdən imtina etmək. Bu pis vərdiş infarkt və insultların riskini xeyli artırır.
- Arterial təzyiqə, qanda xolesterolun və şəkərin səviyyəsinə müntəzəm olaraq nəzarət etmək. Yüksək arterial təzyiq, xolesterol və şəkər infarkt və insultun əsas risk faktorlarıdır.

Nəzərə almaq lazımdır ki, arterial hipertoniya (yüksək təzyiq), şəkərli diabet və qanda xolesterolun artması bir çox hallarda simptomsuz olaraq inkişaf edir. Bu
səbəbdən hətta sağlamlığında heç bir dəyişiklik hiss etməyən insan bu göstəricilərə vaxtaşırı olaraq nəzarət etməlidir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024