Mobil versiya
Ramil Usubov Qubaya gedir
Tarix: 02-06-2017 | Saat: 14:57
Bölmə:Gündəm | çapa göndər

Ramil Usubov Qubaya gedir



Azərbaycan Respublikasının daxili işlər naziri, general- polkovnik Ramil Usubov iyunun 24-də Qubada vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinləri ilə görüşəcək. Qəbul Quba rayon Polis Şöbəsində keçiriləcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024