Mobil versiya
İrandan kürəkənə cəza: 10 dəfə edam edilsin!
Tarix: 02-06-2017 | Saat: 14:51
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

İrandan kürəkənə cəza: 10 dəfə edam edilsin!



İranda qətldə günahlandırılan daha 2 nəfərə ölüm hökmü çıxarılıb.

AİA.az xəbər verir ki, İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Tehran məhkəməsi hazırda 18 yaşı olan Arəş adlı müttəhimi 2013-cü ildə Axırçərşənbə mərasimində bir polisin ölümünə səbəb olan əldəqayırma qumbaranı partlatdığına görə edama məhkum edib.
Kirman məhkəməsi isə ötən ilin yanvar ayında Fəhrəc məntəqəsinin Cahanabad kəndində "Kalaşnikov” silahı ilə bir evə hücum edərək 10 nəfəri qətlə yetirən, 4 nəfəri ağır yaralayan digər bir müttəhimi 10 dəfə edama məhkum edib. Hadisədən az sonra tutulan cinayətkarın həmin evin kürəkəni olduğu bəlli olub. Adı mediaya açıqlanmayan qatil törətdiyi cinayətin səbəbini ailədaxili ixtilaflarla əlaqələndirib.

Tehran və Kirman məhkəmələrinin qərarı ilə hər iki müttəhim dar ağacından asılmaq yolu ilə edam ediləcək.
Son vaxtlar İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024