Mobil versiya
5 milyondan çox insan tibbi müayinədən keçdi
Tarix: 02-06-2017 | Saat: 14:33
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

5 milyondan çox insan tibbi müayinədən keçdi



Azərbaycan Respublikasının Ölkədə keçirilən əhalinin tibbi profilaktik müayinəsi zamanı 5 499 863 nəfər müayinə edilib, onlardan 2 640 119 nəfər kişi və 2 859 744 nəfər qadındır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri üzrə 1 308 329 nəfər tibbi profilaktik müayinələrdən keçib.

Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2 041 388 nəfər əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.

Müayinəlar zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb və may ayının 15-də bitib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024