Mobil versiya
"Əhalinin gəlirləri 8 dəfə artıb" - Nazir
Tarix: 02-06-2017 | Saat: 07:21
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Əhalinin gəlirləri 8 dəfə artıb" - Nazir



"Azərbaycanda sosial sahə siyasətin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri isə 8 dəfə artıb".
Bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” milli parlament seminarında deyib.

Nazir bildirib ki, insanların əmək hüququ qanunvericilik bazasında da yer alıb: "Bu qanunlar praktik gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb. 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 23,7 faizini əhatə edir”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024