Mobil versiya
Ortaq türk dilinin yaradılması niyə gecikir? - Səbəb
Tarix: 01-06-2017 | Saat: 18:44
Bölmə:Gündəm | çapa göndər

Ortaq türk dilinin yaradılması niyə gecikir? - Səbəb



"Türkdilli dövlətlərin və toplumların ortaq türk dilinin yaradılması zamanla mümkün olacaq məsələdir. Bu prosesin başlamasına hələ çox var”.

Adalet.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.
Onun sözlərinə görə, türkdilli xalqların ortaq türk dilinin yaradılması tezliklə baş tuta biləcək proses deyil:

"Biz fəaliyyətimizin bütün sahələri üzrə əlaqələrimizi qursaq, interqasiya etsək, ayrılmasaq, bu mümkün ola bilər. Məsələn, SSRİ dövründə MDB ölkələri bir idi, Türkiyə ilə əlaqə saxlaya bilmirdik. Əvvəlcə bütün türkdilli xalqların latın əlifbasına keçməsi lazımdır. Qazaxıstan və Qırğızıstan hələ latın əlifbasına keçməyib və bu çətinliklər yaradır. Qarşılıqlı əlaqələr zamanı ortaq dil nə vaxtsa formalaşa bilər. Hazırda hər bir xalq öz dili ilə məşğuldur. Bir çox türkdilli liderlərin öz dillərindən mütəmadi olaraq uzaq durmasına görə biz çox vaxt itirdik. Sirr deyil ki, türkdilli xalqların liderlərinin heç də hamısı öz dillərində danışmırdı. Buna görə də SSRİ dağıldıqdan və müstəqil dövlət olduqdan sonra hər birimiz öz dilimizin inkişafına xüsusi diqqət edirik. Bu doğru addımdır”.

Baş katib qeyd edib ki, Sovet birliyindən ayrılmış türkdilli dövlətlər doğma dillərini bərpa etsələr və xalqlar öz dillərində danışsalar tezliklə bir-birilərinə yaxınlaşacaqlar.

"Qazax dilini yaxşı bilən qırğız, özbək, Azərbaycan dillərini də başa düşəcək. Amma yaxşı bilməyənlər az başa düşəcək. Heç bilməyənlər isə heç vaxt başa düşməyəcək. Bizim ağsaqqallar daha yaxşı bir-birini başa düşür, nəinki gənclər. Xüsusən də şəhərdə yaşayanlar. Mən öz təcrübəmdən deyim: bir müddət Türkiyədə işlədiyim zaman türk dilini öyrəndim, qazax dilini də yaxşı bildiyim üçün Azərbaycan, türk, tatar, özbək dillərini də yaxşı başa düşürəm. Latın əlifbasına türkmənlər, azərbaycanlılar, özbəklər 20 ildən çoxdur ki, keçib. Bu keçid prosesi böyük anlamda davam edir. Tələsmək lazım deyil. Latın əlifbası bizim xalqları daha da yaxınlaşdıracaq”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024