Mobil versiya
"Metsamor region üçün təhlükə mənbəyidir" - Vitse-spiker
Tarix: 01-06-2017 | Saat: 12:22
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Metsamor region üçün təhlükə mənbəyidir" - Vitse-spiker



"Azərbaycan qonşu Ermənistan tərəfindən işğala məruz qalıb”

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Vitse-spiker bildirib ki, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub və 1 milyondan çox qaçqınımız var: "Onlardan 300 mini uşaqlardır”.

Z.Əsgərov diqqətə çatdırıb ki, sosial məsələlərin bütövlükdə müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərdəndir.

"Azərbaycan konstitusiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub. Bu konvensiyalar bu gün də Azərbaycanda fəaliyyədədir. Dövlət öhdəsinə düşən tələbləri yerinə yetirir və yetirəcək. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıq dövrdə təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir”.

Vitse-spiker əlavə edib ki, bu gün dünya Suriya, İraq qaçqınlarından danışır: "25 il əvvəl Azərbaycana 1 milyona yaxın qaçqın gəlib. Niyə o zaman bu barədə danışılmırdı?. Burada ikili standartlar var. Biz diplomat deyilik, amma siyasətlə məşğul oluruq. Həmçinin Metsamor ATOM Elektrik Stansiyası da müzakirə olunmalıdır. Metsamor region üçün ən təhlükəli atom elektrik stansiyasıdır. Orada bir hadisə baş versə, görün Avropa üçün necə bir təhlükə yaradar. Ermənistan üstəlik seysmik regionda yerləşir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024