Mobil versiya
Dondurma sevənlərə ciddi xəbərdarlıq - Ölümə səbəb ola bilər!
Tarix: 01-06-2017 | Saat: 12:21
Bölmə:Səhiyyə / Manşet | çapa göndər

Dondurma sevənlərə ciddi xəbərdarlıq - Ölümə səbəb ola bilər!



Havalar isindikcə insanların sərinləşdirici içkilər və dondurmaya təlabatı artır. Yayın qızmar günəşində sərinləmək üçün bu iki vasitədən daha çox istifadə edilir. Lakin standartlara uyğun qablaşdırılmayan və satılan sərinləşdirici içkilər, dondurmalar insan səhhəti üçün təhlükə mənbəyidir. Sərinlənmək üçün bu məhsullardan istifadə etsək də, ilk növbədə onların keyfiyyətinə diqqət etmək lazımdır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiriZiyəddin Kazımov bildirib ki, alıcılar bu məhsulları ciddi sanitar-gigiyenik qaydalara riayət olunan iaşə müəssisələrindən almalıdırlar.

"Soyuq temperatur rejimində saxlanılan dondurmalardan istifadə edilməlidir. Bu gün bazarda çoxsaylı sayda dondurma çeşid var. Lakin onların soyuducularda saxlanılmasına bəzi hallarda düzgün riayyət olunmur. Dondurmalar soyuducudan çıxarılıb paylanılır, sonra yenidən soyuducuya qoyulur. Alıcılar belə dondurmaların istifadəsindən uzaq olsalar yaxşıdır. Yay fəslində insan orqanizminin suya təlabatı artır və vətəndaşlar kütləvi toplaşdığı ərazilərdə qazlaşdırılmış sulardan istifadə edirlər. Həmin ərazilərdə qazlaşdırılmış suların açıq formada istifadəsi qadağan olunub. Ancaq qablaşdırılmış qazlaşdırılmış sulardan istifadə edərkən diqqət etmək lazımdır ki, iaşə müəssisələrində günəş şüalarının altında saxlanılmış sular olmasın. Sərinləşdirici içkilərin də saxlanması üçün temperatur rejimi olmalıdır. Bu temperatur rejimində saxlanılan sulardan istifadə edilməlidir”.

Yay mövsümündə insanların ən çox mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkdiyini deyən Z.Kazımov qeyd edib ki, profilaktik cəhətdən tez xarab olan ərzaq məshullarını alarkən diqqətli olmaq lazımdır: "Onların düzgün hazırlanması qaydalarına diqqət etsinlər. Əslində yay mövsümündə tez xarab olan məhsullar reabilizasiya olunmalı və istifadə edilməlidir. İki il ərzində ölkədə müəssisələrin yoxlanması dayandırılıb. Buna görə də biz müəssisələrə baxış keçirə bilmirik. Lakin şikayət olarsa, Ədliyyə Nazirliyinin vahid reyestr sisteminə müraciət edirik. Sistem qəbul edirsə araşdırma aparılır, etrmirsə araşdırma aparılmır və məsuliyyət sahibkar, fiziki şəxslərin üzərinə düşür”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovbildirib ki, dondurma süd məhsuludur və onu dilin üzərinə qoyulduğu zaman qaymaq dadı verməlidir. "Dilin sonluğunda acılıq verirsə, demək standartların əleyhinə olaraq dondurmanın tərkibinə kərə yağı əvəzinə bitki yağı və ya marqarinlər qarışdırılıb. Dondurma kalorili süd məhsuludur və yağlı süddən hazırlanmalıdır. Azərbaycanın əmtəə bazarında diqqət etsək görərik ki, dondurmalar müxtəlif qatqılarla quru süddən hazırlanır. Yağlılığı aradan qaldırmaq üçün tərkibinə bitki yağları, piylər qarışdırılır. ABŞ-ın İnkişaf Agentliyi 2011-ci ildə Azad İstehlakçılar Birliyinə müraciət etdi və qida təhlükəsizliyi nişanını təsis etməyi bizdən xahiş etdi. Keçən 6 il ərzində sadəcə bir dondurma müəssisəsinə qida təhlükəsizliyi nişanı verilib. Bu "İceland” dondurma istehsalçısıdır. Qalanları qida təhlükəsizliyi standartlarına uyğun gəlməyib. Əmtəə bazarında olan dondurmaların çeşidi və qiymətləri müxtəlifdir. İstehlakçı dondurma alanda qabı əzilmiş, bükülmüş dondurma almasın. Bu, o deməkdir ki, dondurma istiyə düşüb, təzədən dondurulub. Bu, artıq təhlükəli qida vəziyyətinə gəlib. Dondurmanın saxlama müddəti 20-25 gündür. Bir gündə 200 qramdan artıq dondurma yemək məsləhət deyil.”

E.Hüseynovun sözlərinə görə, sərinləşdirici içkilər bazarında da problemlər mövcuddur:"Saxta sərinləşdirici içkilər ən çox ipək yolu üzərində yerləşən restoranlarda, şadlıq evlərində müştərilərə təqdim olunur. Yaxşı haldır ki, 3 il öncə məktəb bufetləri üçün standartlar hazırlandı və energetik içkilərin satışı qadağan edildi. Lakin regionlarda hələ də bu məhsullar satılır. Rənglənmiş, şirin, sərinləşdirici içkilərdən, limonadlardan uzaq olmaq məsləhətdir. Bunlar insan sağlamlığı üçün arzuolunmazdır. Qazlı su alarkən diqqətli olmaq lazımdır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024