Mobil versiya
Spirtli içkilərin hədiyyə edilməsi və reklamı qadağan olundu
Tarix: 31-05-2017 | Saat: 16:40
Bölmə:Gündəm | çapa göndər

Spirtli içkilərin hədiyyə edilməsi və reklamı qadağan olundu



Milli Məclisin bu gün keçirilən plenar iclasında "Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi müzakirə olunub.

Adalet.az xəbər verir ki, yeni maddəyə əsasən aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:

- Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində;

- Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda; - Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) qadağan edilir.
Maddədə o da göstərilir ki, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
Bildirilir ki, şərabçılıq məhsulları nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir.
Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.

Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
Layihəni təqdim edən Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, sənəddəki dəyişikliklər "Reklam haqında” qanuna uyğunlaşdırılır, eyni zamanda tündlüyü 5 faizdən artıq olan spirtli içkilərin hədiyyə edilməsi də qadağan olunur.
Deputat Qüdrət Həsənquliyev isə sözügedən sənədin pivəyə də şamil edilməsini təklif edib.

Daha sonra layihə səsə qoyularaq qəbul edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə