Mobil versiya
Bakıda 11 nəfəri ilan sancdı
Tarix: 31-05-2017 | Saat: 16:38
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda 11 nəfəri ilan sancdı


Azərbaycanda may ayı ərzində 12 nəfəri ilan sancıb.

AİA.Az xəbər verir ki, bu haqda modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Baş toksikoloq deyib ki, ilan zəhərlənməsi ilə müraciət edənlərdən 4 nəfərinin vəziyyəti ağır olub.

"Onların hər birinə zərdab vurulub, lazımi tibbi yardım göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. İlan sancması ilə bağlı müraciət edənlərdən 1 nəfər Qəbələdən olub, qalan hamısı Bakıdandır".

O həmçinin qeyd edib ki, may ayı ərzində 3 sarı əqrəb sancması ilə bağlı müraciət daxil olub:

"Onlarda zəhərlənmə qeydə alınmayıb. Məsləhət verildikdən sonra evə buraxılıblar".

A.Maqsudovun sözlərinə görə ilan və sarı əqrəb sancması ilə bağlı müraciət edənlər arasında azyaşlılar olmayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024