Mobil versiya
"İslahatları dərinləşdirmək lazımdır" - Deputat çıxış yolu göstərdi
Tarix: 31-05-2017 | Saat: 16:28
Bölmə:İqtisadiyyat | çapa göndər

"İslahatları dərinləşdirmək lazımdır" - Deputat çıxış yolu göstərdi



“Xarici borcun məbləği hazırda ÜDM-in 20%-i həcmindədir. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin bir qismini dövlətin üzərinə götürməsi bu rəqəmi 30 %-ə çatdıracaq”.

AİA.az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin plenar iclasında “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Məsimli diqqətə çatdırıb ki, büdcədə neftin rolu böyükdür: “Yaxın gələcəkdə neftdən kənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər. Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar. Struktur islahatlarını dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, idarəetmənin səmərəliliyini artırmaqla büdcəyə əlavə 100 milyon vəsait daxil ola bilər”.

Ə.Məsimli vurğulayıb ki, son 10 ildə Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də transfert vasitəsilə iqtisadiyyata vəsait qoyuluşu 200 mlrd. manatdan çox olub: "Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə büdcəyə əlavə vəsait daxil olmur".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024