Mobil versiya
Araz Əzimov Əfqanıstan prezidenti ilə görüşüb
Tarix: 31-05-2017 | Saat: 16:27
Bölmə:Gündəm | çapa göndər

Araz Əzimov Əfqanıstan prezidenti ilə görüşüb



Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan İslam Respublikasında səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində A. Əzimov bu ölkənin prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib.

Araz Əzimov Azərbaycan prezidenti cənab İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan prezidentinə çatdırdı. Əfqanıstan Prezidenti Əşrəf Qani ən xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nazir müavini, həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb. Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub.

Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi - İstanbul Prosesinə həm-sədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi - İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi - İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə