Mobil versiya
3, 7, 40 mərasimləri azərbaycanlıların İslama gətirdiyi "yenilikdir"
Tarix: 31-05-2017, 12:56 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

3, 7, 40 mərasimləri azərbaycanlıların İslama gətirdiyi "yenilikdir"



Bu gün Azərbaycanda yas mərasimləri toylardan daha təmtəraqlı keçirilir.

Qohum-qonşunun, yaxınların diqqətini cəlb etməkdən, "filankəsin süfrəsində hər şey var idi” cümləsini eşitməkdən ötrü ölən insanın yaxını kifayət qədər xərc sahibi olur. Eyni zamanda ölünün 3-ü, 7-si, 40-ı, cümə axşamları, nəhayət, ili keçirilir.

Bütün bunlar İslam dinində necədir? Həqiqətən dində insanlara bu cür günlərin keçirilməsi buyurulubmu?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, həmin günlərin keçirilməsi yalnız şəriət qanunlarından irəli gəlir:

"3, 7, 40 rəqəmlərinin öz məzmunu və mənası var. Bunlara anma günləri deyirlər. Məsələn, 40-cı gün ölən insanın ruhu qəbirstanlığı tərk edir deyə bir inanc var. Həmin günə qədər isə o, daim gedib-gəlir. Eyni zamanda 40-cı günün insan yaradılışı ilə bağlı bəzi mahiyyətləri də var. Elə uşaqlar anadan olandan sonra bu cür anlayışlar da mövcud olur. Məsələn, uşağı yalnız 40-ı çıxandan sonra göstərmək olar kimi.

Çünki yaradılışdan sonra insanın həm şüurunda, qanında, həm də digər orqanlarında dəyişiklik baş verir. Uşaqları 40-na qədər mələk hesab etməliyik. Onun şüuru inkişaf etmədiyinə görə həyat dəftəri ağ vərəqlərdən ibarət olur. 40 gün ərzində uşaq özü formalaşır və anasının qanından tamamilə təmizlənir. Uşağın özünə aid olan yeni qan struktru əmələ gəlir. Yalnız 40-cı gündən sonra uşaq eşitdiklərinin, gördüklərinin, hiss etdiklərinin çoxunu şüurla başa düşməyə qadir olur. Yəni bu rəqəmlərin məzmununda belə bir anlam var.

Lakin Azərbaycandakı kimi ölünün ardınca 3, 7, 40 verən heç bir müsəlman dövlət yoxdur. Bu günlərin keçirilməsi birbaşa Qurani-Kərimdə deyilmir. Sadəcə bu, şəriət qanunlarıdır. Allahın dediyi kəlamlar deyil. İnsanların sonradan qəbul etdikləri adətlərdir”.
R.Əliyev yaslardakı xərclərdən də söz açıb:

"Düşünürəm ki, bu xərclər ümumiyyətlə, olmamalıdır. İslamda bunlar yoxdur. Digər müsəlman dövlətlərində məsələn, Ərəbistan ölkələri, Əlcəzair, Misir, Yəməndə insan dünyasını dəyişən zaman bir az kədərlənirlər. Yeddinci günə qədər qohumlar gəlib baş sağlığı verir.
Uzağı bir stəkan çay və ya kofe içirlər. Azərbaycanda bu, belə deyil. İnsanlar kifayət qədər xərcə girirlər. Bu bizim islama gətirdiyimiz "yenilikdir”.

Ölünün ardınca əgər kimsə ehsan vermək istəyirsə, məsciddə və ya məscidə yaxın yerlərdə kasıb və ac insanlara verə bilər . Yasların təmtəraqlı keçirilməsi adət-ənənədən başqa şey deyil, amma heç də yaxşı hal olmadığını vurğulamaq lazımdır”.

AİA.az



5549 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930