Mobil versiya
BNA sərnişinin avtobusdan yıxılıb ölməsinə münasibət bildirdi
Tarix: 31-05-2017 | Saat: 10:57
Bölmə:Gündəm / Karusel | çapa göndər

BNA sərnişinin avtobusdan yıxılıb ölməsinə münasibət bildirdi



Bakı Nəqliyyat Agentliyi 81 nömrəli avtobusun qapısının açıq qalması nəticəsində sərnişinin yıxılaraq xəsarət alması və ölməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin verdiyi məlumata əsasən, 28.05.2017 tarixində 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında qurumda araşdırma aparılıb.

"81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 Dövlət Qeydiyyat Nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağrılıb və izahatları alınıb. Həmin izahatlara əsasən sərnişin C. Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C. Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib”.

M.Ağayev qeyd edib ki, avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub: "Qeyd edək ki, hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl baş vermə səbəbi də yalnız bundan sonra məlum olacaq”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024