Mobil versiya
Məcburi köçkünlərə "pul atan" qadına HÖKM OXUNDU
Tarix: 30-05-2017 | Saat: 17:19
Bölmə:Gündəm | çapa göndər

Məcburi köçkünlərə "pul atan" qadına HÖKM OXUNDU



Məcburi köçkünlərə qarşı dələduzluq edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib. O bildirib ki, elədiklərinə görə vicdan əzabı çəkir: "O, insanlara qarşı belə bir əməl etdiyimə görə utanıram. Mən sizdən bağışlanmağımı istəyirəm".

Prosesdə hökm oxunub. Hakimlər kollegaiyasının hökmü ilə G.Muxtarova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxslərin sayı 29 nəfərdir. G.Muxtarova onlara ümumilikdə 181 min manat zərər vurub. Zərərçəkmiş şəxslərin hamısı məcburi köçkünlərdir.

Onlar məcburi köçkünlər üçün tikilən binadan mənzil almaq üçün G.Muxtarovaya pul veriblər. Bunun qarşılığında G.Muxtarova onlara tez ev almalarına kömək edəcəkmiş.

Xatırladaq ki, Gülnarə Muxtarova ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdı.

G.Muxtarova aldatdığı şəxslərə Qaradağ rayonu "Ümid" qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini vəd edib.

AİA,az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024