Mobil versiya
Gözəl Bayramlı ilə bağlı apellyasiya şikayəti verildi
Tarix: 30-05-2017 | Saat: 12:36
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Gözəl Bayramlı ilə bağlı apellyasiya şikayəti verildi



Vəkil Elçin Sadıqov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı ilə bağlı apellyasiya şikayəti verib.

Bu haqda Modern.az-a məlumat verən verən E.Sadıqov deyib ki, apelyasiya G.Bayramlı barədə həbs-qətimkan tədbiri seçilməsi, onun 25 may 2017-ci ildə gömrük məntəqəsində saxlanılması və qeyri-insani rəftara məruz qalması ilə bağlıdır:

“Şikayət Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxın 2 gün ərzində şikayətə baxılacaq”.

E.Sadıqov həmçinin, qeyd edib ki, G.Bayramlının evində qanunsuz olaraq axtarış və götürmə işləri aparılıb:
“Bu axtarış və götürmənin heç bir qanuni əsası yoxdur. Bu məsələ ilə də bağlı şikayət vermişik”.

Səbail rayon məhkəməsinin qərarına əsasən, G. Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

"G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024